Sentyabrın 17-18 tarixində “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyinin əməkdaşları və SOS Children‘s Villages International təşkilatının nümayəndlərinin iştirakı ilə Boulevard  Baku  Oteldə İllik Strateji Planlaşdırma İclası həyata keçirilmişdir. 

İclas zamanı İctimai Birliyin illik strateji fəaliyyət istiqamətləri müzakirə olunmuş, növbəti 2016-cı il üçün təşkilatın əsas icra göstəriciləri müəyyənləşdirilmişdir. 

Ictimai Birlik üçün çox əhəmiyyət kəsb edən bu tədbir Qafqazın ən böyük oteli olan Baku Boulevard Hoteldə keçirilmişdir. 16 nəfər əməkdaşın iştirak etdiyi tədbir iki gün ərzində otel tərəfindən tam şəkildə maliyyələşdirilmişdir. Tədbir zamanı iclas iştirakçılarına otel əməkdaşları tərəfindən çox peşəkar münasibət göstərilmişdir. Göstərilən dəstək Boulevard Baku Otelin “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyinə ianəsidir. Bununla, Boulevard Baku Hotel ən keyfiyyətli otel olmaqla yanaşı, eyni zamanda uşaqların inkişafına da biganə olmadığını sərgiləmişdir. Boulevard Baku Otel rəhbərliyi hər bir uşağa öz yardımsevər əlini uzatmış və gələcəkdə də bu tip fəaliyyətlərə yardımçı olacağını bildirmişdir.

XƏBƏRLƏRƏ ABUNƏ OLMAQ

Xəbərlərə abunə olmaq üçün aşağıdakı formanı doldurmağınız xahiş olunur

ABUNƏ OLMAQ
Xəbərlərə abunə olduğunuz üçün təşəkkürlər
Error, please try again later

Üzr istəyirik, şərhlər mövcud deyil.

Otel 2015-in yayı açılmaqdadır