Toy hər bir insanın həyatında öz ailə və dostları ilə qeyd etdiyi ən önəmli gündür. Əminliklə deyə bilərik ki, Boulevard Hotel Baku hər bir bəy və gəlinin ən özəl günlərini unudulmaz xatirəyə çevirəcək. Bilirik ki, hər bir cütlüyün nigah mərasimi ilə bağlı özünəməxsus tələbləri ola bilər. Məhz bu səbəbdən, biz onların bu barədə nigah mərasiminin təşkili işləri üzrə komanda ilə məsləhətləşmə aparmalarını tövsiyə edirik. 

Xüsusi komandamız nigah mərasimi ilə bağlı ən kiçik məqamlara belə diqqət yetirərək ən özəl gününüzü qayğısız şəkildə keçirməyinizi təmin edəcək. Nigah mərasimlərinin təşkili işləri üzrə mütəxəssisimiz nigah tarixini təyin etmək, mərasimin gedişatı ilə bağlı prosesləri planlaşdırmaq, menyu dizaynı və təamların dadından tutmuş dekorasiya üçün istifadə olunacaq materialın növü və güllərin tərtibatına qədər bütün detalları müəyyən etmək üçün sizinlə müzakirə aparacaq, eyni zamanda, qonaqları qarşılamaqdan yola salmağa qədər Oteldə toy sərgüzəştinizin bütün aspektləri ilə bağlı sizə yardım göstərəcək. Ən özəl gününüzün təşkili ilə bağlı bu yolda biz əvvəldən axıra kimi Sizin yayınızda olacağıq.     

Nigah mərasiminizlə bağlı gün təyin etmək, toyla bağlı istəklərinizi müzakirə etmək və ya sadəcə daha çox məlumat əldə etmək üçün +994 12 310 0010 nömrəsi və ya info.boulevard@absheronhotelgroup.com. e-mail ünvanı vasitəsilə Nigah mərasimlərinin təşkili işləri üzrə xüsusi komandamızın üzvü ilə əlaqə saxlayın.

XƏBƏRLƏRƏ ABUNƏ OLMAQ

Xəbərlərə abunə olmaq üçün aşağıdakı formanı doldurmağınız xahiş olunur

ABUNƏ OLMAQ
Xəbərlərə abunə olduğunuz üçün təşəkkürlər
Error, please try again later

Üzr istəyirik, şərhlər mövcud deyil.

Otel 2015-in yayı açılmaqdadır