White City Bar & Lounge

Bulvar Otelin lobbisində yerləşən White City Bar & Lounge qonaqlarını səhər yüngül qəhvəaltılar, günorta mükəmməl çay seçimləri və axşam araqlar, viski setləri və yaşlı romlarlayanaşı ləzzətli botaniki kokteyllər ilə qarşılayır.

Daha təmiz, təbii və sağlam şəhər arzusunda olan insanlardan ilhamlanaraq, eleqant modernist yaxt klub üslubunda ənənəvi və avant-qard dizayn günortalar optimist və mehriban, axşamlar isə lyuks və rahat mühit yaradaraq White City Bar & Lounge-u məşğul iş günündən sonra dəniz mənzərəli açıq terrasda dincəlmək üçün gözəl bir yer edir. 

White City Bar & Lounge heyəti Sizi salamlamağa səbirsizliklə gözləyir.

Qidaİçkilər menyu.

Rezervasiyalar üçün bizimlə əlaqə saxlayın: +994 12 310 0010.

"XƏZƏR KLASSİKASI" AZƏRBAYCAN MƏTBƏXİ 

White City Bar & Lounge menyusunda müxtəlif ölkələrin yeməklərindən əlavə, milli mətbəximizdən olan yeməklərin geniş çeşidi mövcuddur. Paytaxtımızın qonaqlarının yerli kulinariyaya olan marağını yüksək dəyərləndiririk, buna görə də, Boulevard Hotel Baku-da dada biləcəyiniz milli yeməkləri sizinlə bölüşmək istəyirik.

Yarpaq dolması

Yarpaq dolması - Azərbaycan mətbəxinin ən sevilən yeməklərindən biridir. İncə dana və qoyun əti ilə içlənmiş yumşaq üzüm yarpaqları, təzə göyərtinin təravəti və quru nanənin ətri inanılmaz ətir və dad buketi yaradır və bu buketdən imtina etmək mümkün deyil. Bakıda olan qonaqlara dolmanı dadmağı məsləhət görürük - milli mətbəxin ləziz yeməyinin dadını bilmədən Bakıdan getmək olmaz.

Düşbərə

Düşbərə - Bakılıların ən sevimli xəmir yeməyidir. Nazik xəmir ədviyyatlı ət qiyməsi ilə içlənir və əvvəlcədən hazırlanmış bulyonda bişirilir. Sarıkök və zəfəranlı bulyonun ləzzətli ətrini, sonda əlavə olunan quru nanənin təravəti tamamlayır. Düşbərə "sirkə-sarımsaq" adlanan xüsusi sousla servis olunur - bu sous yeməyə turş tam verir və ətlə mükəmməl ahəng yaradır. Çoxları düşünür ki, düşbərənin fəsli qış fəslidir, lakin, biz bilirik ki, yayın ən isti günlərində belə düşbərədən imtina etmək olmur.

Ləvəngi

Ləvəngi - Azərbaycanın cənub bölgəsinə məxsus milli yeməkdir. Bu yeməyi xüsusi edən qoz, qırmızı soğan və alça turşusundan ibarət içlikdir. Ləvəngi toyuq və ya balıqla hazırlanır. 

XƏBƏRLƏRƏ ABUNƏ OLMAQ

Xəbərlərə abunə olmaq üçün aşağıdakı formanı doldurmağınız xahiş olunur

ABUNƏ OLMAQ
Xəbərlərə abunə olduğunuz üçün təşəkkürlər
Error, please try again later

Üzr istəyirik, şərhlər mövcud deyil.

Otel 2015-in yayı açılmaqdadır