Green House Kitchen

Sağlam qidalanma konseptindən ruhlanaraq, Green House Kitchen təravətli meyvə və restoranın bağından dərilmiş göyərtilər ilə zəngin olan Aralıq dənizi mətbəxinin orqanik reseptlərini təqdim edir. Bənzərsiz dad qarışıqlıqlarının çoxşaxəli seçimləri ilə yanaşı, qonaqlar müxtəlif spirtli və spirtsiz içkilərdən də həzz ala bilərlər. 450-dək ziyarətçini qəbul etmək imkanında olan restoran qonaqlar üçün açıq mətbəxə malikdir.

Açıq mətbəx ərazisində xüsusi bitkilər və tərəvəzlərin əkildiyi canlı guşə və Aralıq dənizi mətbəxinin nümunələrinin təklif edildiyi salat guşəsi, kömürlü qril və odunla işləyən təndir restorana xüsusi gözəllik verir. Açıq havadakı və müxtəlif bitkilərlə bəzədilmiş geniş terras Xəzər Dənizinə açılan mənzərə ilə şəhər daxilində rezort hissi yaradır. Restoranın interyeri təbiətin gözəlliyini ehtiva etməklə “Baku White City” ərazisinin Xəzər dənizi sahilində yerləşən ekoloji baxımdan təmiz və ən cazibədar əraziyə çevrilməsi tarixini təcəssüm etdirir.

Mehriban və rahat atmosfer Green House Kitchen-ı dostlar və ya iş yoldaşlarıyla görüşmək, bir içəcəkdən həzz almaq və yüngül nahar üçün mükəmməl bir yerə çevirir.

Qida və İçkilər menyu.

Rezervasiyalar üçün bizimlə əlaqə saxlayın: +994 12 310 0010.

XƏBƏRLƏRƏ ABUNƏ OLMAQ

Xəbərlərə abunə olmaq üçün aşağıdakı formanı doldurmağınız xahiş olunur

ABUNƏ OLMAQ
Xəbərlərə abunə olduğunuz üçün təşəkkürlər
Error, please try again later

Üzr istəyirik, şərhlər mövcud deyil.

Otel 2015-in yayı açılmaqdadır