Ətraf Mühit və İrs

Qonaqlar, işçilər və tərəfdaşlarımız üçün qabaqcıl və zəngin təəssüratlar yaratmaq məqsədini daşımaqla yanaşı fəaliyyətimizi bərabər səviyyədə ətraf mühitin müdafiə və qorunması, onun uzunmüddətli davamlılığını təmin edəcək biznes təcrübələrinə yönəldirik. Bizim səylərimiz aşağıdakı əsas sahələr ətrafında mərkəzləşir:

  •   Enerji səmərəliliyi
  •   Tullantıların idarə olunması
  •   Təhsil və məşğuliyyət
  •   Məsul alınması
  •   İrsin qorunması
  •   Ekoloji siyasət
  • ƏTRAFLI

    Bizim məqsədimiz texniki və iqtisadi səmərəliliyə uyğun olaraq binaların layihələndirilməsi və tikintisindən başlayaraq onların istismara buraxılmasına kimi məşğul olduğumuz hər bir fəaliyyətdə təbiətə qayğı göstərmək üçün müvafiq standartlara nail olmaqdır.

    Şirkətdəki texniki və idarəetmə fəaliyyətlərinin və əməliyyatlarının qanunvericiliyin tələblərinə uyğun və ətraf mühitə minimum təsir göstərməklə və onu maksimal şəkildə qorumaqla həyata keçirmək ABSHERON Hotel Group MMC-nin siyasətidir. Bu siyasət bütün menecerlərə və onların işçilərinə və həmkarlarına birbaşa aiddir, onlar isə öz növbələrində bizim mülkiyyət sahiblərimiz və səhmdarlarımız, o cümlədən, cəmiyyət qarşısında məsuliyyət daşıyır. Məlumdur ki, bütün işçilər hər biri ətraf mühitin keyfiyyətini qorumaqda mühüm rola malikdirlər və Şirkət daima öz əməkdaşlarına ətraf mühiti qorumağa dair məqsədlərini və hər kəsin ayrıca məsuliyyətini çatdırmağa davam edəcəkdir. ABSHERON Hotel Group aktiv şəkildə bu siyasətə uyğun davranmaları üçün işçilərə təlim keçirilməsini dəstəkləyir və bunu təmin edir.

    Biz həmçinin meydana çıxan riskləri müəyyən, müşahidə və idarə edirik; layihələndirmə və istehsal proseslərində davamlı inkişafa çalışırıq; məqsədlərimizə dair müştərilərimizi və biznes tərəfdaşlarımızı məlumatlandırırıq və fəaliyyətlərimizin ətraf mühitə potensial təsirləri haqqında cəmiyyət və hökumətə məlumat veririk.

    ABSHERON Hotel Group və onun tərəfdaşları ekoloji siyasətimizin səmərəliliyini təmin etməyi, o cümlədən, fəaliyyət göstərdiyimiz ölkələrdə tarixi və mədəni irsin qorunması üçün bütün həmkarlarımızın, biznes tərəfdaşlarımızın və qonşu cəmiyyətlərin birgə səylərini yüksək qiymətləndirir.

XƏBƏRLƏRƏ ABUNƏ OLMAQ

Xəbərlərə abunə olmaq üçün aşağıdakı formanı doldurmağınız xahiş olunur

ABUNƏ OLMAQ
Xəbərlərə abunə olduğunuz üçün təşəkkürlər
Error, please try again later

Üzr istəyirik, şərhlər mövcud deyil.

Otel 2015-in yayı açılmaqdadır