VİZA PROSEDURLARI

 

“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əcnəbi vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər (əcnəbilər) Azərbaycan Respublikasına öz pasportları ilə onlara beynəlxalq razılaşmalara uyğun olaraq verilmiş vizalar əsasında müəyyən edilmiş sərhəd zonalarından keçərək daxil ola bilərlər.

Azərbaycan Respublikasının üzv olduğu dövlətlərarası qaydalarla müəyyən edilmiş bəzi dövlətlərin vətəndaşları Azərbaycan Respublikasına vizasız daxil ola bilərlər.

Vizaya müraciət etmək üçün aşağıdakı sənədlər tələb olunur:

• 1 ədəd ərizə forması
• 2 ədəd rəngli foto (ağ fon, 3×4 sm)
• Əcnəbinin passportu və ya vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən rəsmi sənəd
• Dəvətnamə məktubu, turist vizası üçün vauçer və ya turistin ziyarətini təsdiq edən digər sənəd 
• Dövlət rüsumunun ödənişi haqqında qəbz 

Əcnəbi vətəndaşın pasportu və ya vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədin etibarlığının bitməsinə üç aydanaz vaxt qalarsa, viza verilməyəcəkdir.

Azərbaycanı ziyarət etmək istəyən turistlər elektron viza üçün aşağıdakı link vasitəsi ilə müraciət edə bilərlər:
http://evisa.mfa.gov.az/ və ya http://visa4azerbaijan.az/ 

Ətraflı və son məlumatlar üçün daxil olun:
http://www.mfa.gov.az/?options=content&id=182&language=en 

XƏBƏRLƏRƏ ABUNƏ OLMAQ

Xəbərlərə abunə olmaq üçün aşağıdakı formanı doldurmağınız xahiş olunur

ABUNƏ OLMAQ
Xəbərlərə abunə olduğunuz üçün təşəkkürlər
Error, please try again later

Üzr istəyirik, şərhlər mövcud deyil.

Otel 2015-in yayı açılmaqdadır